Bank Of Baku

“İnter” Uruqvaydan futbolçu alır

“İnter” Uruqvaydan futbolçu alır
# 09 avqust 2007 16:11 (UTC +04:00)
Bakının “İnter” klubu daha bir legioneri heyətinə cəlb edir. “APA-Sport” agentliyinin məlumatına görə, “İnter” 25 yaşlı uruqvaylı hücumçu Valteri transfer etməyə hazırlaşır. Paytaxt klubunun rəhbərliyi Bolqarıstanda təlim-məşq toplanışına dəvət etdiyi bu legionerin oyunundan razı qalıb. Ancaq tərəflərin maliyyə məsələsində razılığa gəlməməyi keçidin baş tutmamağı ilə nəticələnib. Bununla belə, Valterin məsələsinə son qoymayan V.Xodukin bu hücumçunu sərəncamında görməkdə israrlıdır: “Valter Bolqarıstanda sıralarımızı “İnter”ə transferinin baş tutacağı ümidi ilə tərk etdi. Yaxşı fiziki göstəricilərə malik bu uruqvaylı hücumçu mənə lazımdır və onu keçidi gündəmdədir. Transfer bir-iki günə reallaşmalıdır. Valter səviyyəli hücumçu kimi bizə çox xeyri dəyə bilər. Əksər hava mübarizələrində qalib ayrılan uruqvaylı başla yaxşı oynayaraq, qol vuran hücumçudur. O, hündürboy müdafiəçiləri olan komandalarda oyunlarda mənə lazımdır. Onun topla yaxşı davranan Georgi Vladimirovla hücumda tandemini yaratmaq istəyirəm”. V.Xodukin komandasında legionerlərin çoxluğundan narahat olmadığını söyləyib: “Transfer pəncərəsi” avqustun 31-də bağlanır və kifayət qədər vaxtımız var. Bu müddətdə hansısa yaxşı futbolçu sərbəst olacaqsa, niyə onu komandamıza götürməyək? Belə futbolçunu heyətimizə cəlb etməyə imkan varsa, niyə bundan yararlanmayaraq? Bizi qarşıda uzun marafon gözləyir və qarşıdakı mövsümdə cəza, zədə kimi problemlər çıxa bilər. Hələ bir yerli futbolçunu da transfer edə bilərik və hazırda bunun üzərində çalışırıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR