Bank Of Baku

“İnter” klubunun nigeriyalı futbolçusu Toni Aleqbenin evi qarət edilib

“İnter” klubunun nigeriyalı futbolçusu Toni Aleqbenin evi qarət edilib
# 09 avqust 2007 16:25 (UTC +04:00)
Ötən mövsüm “İnter” klubunda çıxış edən nigeriyalı yarımmüdafiəçi Toni Aleqbe Azərbaycanda üzləşdiyi problemlərə görə çıxışını davam etdirmək istəməyib. Bu barədə “APA-Sport” agentliyinə “İnter” klubunun baş məşqçisi Valentin Xodukin məlumat verib. Ukraynalı mütəxəssisin sözlərinə görə, afrikalı futbolçu komandadan getmək üçün rəhbərliyə müraciət etmişdi: “Aleqbe məişət problemləri ilə üzləşdiyi üçün bütün diqqətini futbola yönəldə bilmirdi. Onun Bakıda qaldığı evini qarət etmişdilər. Burada afrikalı futbolçuların mafiyası, zorakılığı ilə üzləşdi. Tonini incitdiklərindən Azərbaycanda qalmaq istəmədi və müqaviləsinin müddəti bitən kimi getdi. Afrikalı futbolçularla bağlı problem olduğundan, komandaya bilərəkdən belə oyunçu götürmədim”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR