Bank Of Baku

Seneqal yığmasının baş məşqçisi Henrik Kasperjak Böyükağa Hacıyevdən məsləhət alıb

Seneqal yığmasının baş məşqçisi Henrik Kasperjak Böyükağa Hacıyevdən məsləhət alıb
# 09 avqust 2007 16:51 (UTC +04:00)
“Bakı” klubunun 29 yaşlı seneqallı qapıçısı Xalidu Sissoko ikinci turda “Qəbələ” ilə səfər oyununu buraxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb afrikalı qapıçının ölkəsinin yığma komandasına dəvət almasıdır. Seneqalın avqustun 21-də İngiltərənin paytaxtı Londonda Qana yığması ilə yoldaşlıq görüşünə çağırılan “Bakı”nın qapıçısı millinin düşərgəsində olmaq haqda məlumatlandırıb. “Bakı” klubunun rəhbərliyi isə futbolçunun milliyə gedişinə əngəl törətməyəcək. Seneqal yığmasının polşalı baş məşqçisi B.Hacıyevlə əlaqə saxlayaraq, X.Sissokonun hazırkı durumu haqda məlumat aldıqdan sonra onu sərəncamında görmək istəyib.
Qeyd edək ki, 2002-ci ildə keçirilən Dünya çempionatının iştirakçısı olan X.Sissoko “Bakı”da çıxış etdiyi vaxtda ilk dəfə millisinin düşərgəsinə yollanır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR