Bank Of Baku

İqor Nakoneçnı: “Artıq “MKT-Araz” adlı futbol klubu yoxdur”

İqor Nakoneçnı: “Artıq “MKT-Araz” adlı futbol klubu yoxdur”
# 09 avqust 2007 17:15 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi İqor Nakoneçnı məlumat verib. Ukraynalı mütəxəssisin sözlərinə görə, növbəti Azərbaycan çempionatında iştirakdan imtina edilməsinin səbəbi maliyyə problemi ilə bağlıdır: “Bu gün klub prezidenti İkram Kərimli ilə görüşdüm. O, mənə komandanın fəaliyyətini dayandırmağını söylədi. “MKT-Araz” adlı klub bundan sonra yoxdur. Çünki artıq klubu dağılmış saymaq olar. Artıq əşyalarımı yığıb Azərbaycanı tərk etməyə hazırlaşıram”.
Qeyd edək ki, UEFA kubokunda Polşanın “Qrotslin” klubu ilə Bakıdakı oyundan sonra “MKT-Araz”da ciddi maliyyə problemləri yaranmışdı. Komanda üzvləri onlara çatacaq borcun ödənilməməsi ilə bağlı narazılığını bildirmişdilər. Klub rəhbərliyi Polşadan qayıtdıqdan sonra bu problemi həll edəcəyinə söz vermişdi.
2004-cü ildə yaranan “MKT-Araz” XVI Azərbaycan çempionatının ilk turunda avqustun 12-də Bakıda “Olimpik” klubu ilə qarşılaşmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR