Bank Of Baku

“Ruslan-93” UEFA kubokunun ilk oyununda 0:6 hesabı ilə uduzub

“Ruslan-93” UEFA kubokunun ilk oyununda 0:6 hesabı ilə uduzub
# 10 avqust 2007 08:03 (UTC +04:00)
Qadın futbolçulardan ibarət “Ruslan-93” klubu UEFA kubokuna uğursuz başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ilkin təsnifat mərhələsinin 9-cu qrupunda yer alan komandamız birinci görüşdə böyük hesablı məğlubiyyətə düçar olub. Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “Femina” klubu ilə oyunda öz qapısından 6 cavabsız top buraxıb. Qrupun digər matçında “Alma” (Qazaxıstan) yerli “Narta”ya 5:0 hesabı ilə qalib gəlib. “Ruslan-93” növbəti oyununu sabah “Alma”ya qarşı keçirəcək. Son turun görüşləri avqustun 14-də baş tutacaq. Yalnız qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR