Bank Of Baku

Məlik Həsənov: “MKT-Araz” klubunu çempionatdan kənarlaşdıra bilmərik”

Məlik Həsənov: “MKT-Araz” klubunu çempionatdan kənarlaşdıra bilmərik”
# 10 avqust 2007 09:10 (UTC +04:00)
“MKT-Araz” klubunun rəhbərliyi XVI Azərbaycan çempionatında çıxışını dayandırması ilə əlaqədar bu gün AFFA-ya rəsmi müraciət edəcək. Bu barədə “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Əvəz Ağayev məlumat verib. Ə.Ağayevin sözlərinə görə, hazırda rəsmi məktub hazırlanır və günün sonunadək federasiyaya təqdim olunacaq.
AFFA-nın Yarışların Təşkili və Keçirilməsinin Departamentinin rəisi Məlik Həsənov isə “APA-Sport” agentliyinə aşıqlamasında XVI milli çempionatda “MKT-Araz”ın əvəzinə hansısa klubun daxil edilib-edilməməsi məsələsinə hələ aydınlıq gəlmədiyini bildirib: “İmişlililər bizə çempionatda çıxışını dayandırması haqda rəsmi müraciət etməyib. Rəsmi müraciətin olması zəruridir. Əks təqdirdə, komandanı çempionatdan kənarlaşdıra bilmərik. “MKT-Araz” klubundan rəsmi müraciəti aldıqdan sonra mövqeyimizi açıqlayacağıq”. Ötən mövsümdə olduğu kimi, növbəti çempionat da 13 klubla başlayacağı halda, hər komanda ilk turda istirahət edəcək.
Qeyd edək ki, ötən mövsüm çempionatın başlanmasına az qalmış “Gəncə” maliyyə problemləri ucbatından milli çempionatda iştirak etmədi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR