Bank Of Baku

Əvəz Ağayev: “MKT-Araz” milli çempionatda yenə çıxış edəcək”

Əvəz Ağayev: “MKT-Araz” milli çempionatda yenə çıxış edəcək”
# 10 avqust 2007 10:26 (UTC +04:00)
“Komandanın fəaliyyətini dayandırması haqda çıxarılan qərar çox gözlənilməz oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “MKT-Araz” klubunun vitse-prezidenti Əvəz Ağayev deyib. Klubdakı maliyyə probleminin çoxdan yaranmadığını vurğulayan Ə.Ağayevin sözlərinə görə, “MKT-Araz”ın mayda lisenziyalaşdırma prosesi zamanı UEFA kubokunda çıxışı sual altına düşməsi, borcların yaranması müvəqqəti çətinlik idi: “Maliyyə problemlərini həmin vaxtdan yaranmayıb. UEFA kubokunda heyəti gücləndirmək məqsədilə yeni futbolçular dəvət edəndə də, hansı addım atdığımızı yaxşı bilirdik. Bütün bunlar maliyyə planında hesablanmışdı. Sadəcə, son anda ciddi problemləri yarandı və bu səbəbdən əsas komanda fəaliyyətini dayandırdı. Həqiqətən də, bu, gözlənilmədən alındı. Biz komandanın dağılacağını düşünmürdük. Rəhbərlik problemin ciddi olduğunu əvvəldən bilsəydi, komanda üzvlərinə, futbolçulara bu haqda məlumat verərdi”. Ə.Ağayev komandanın gələcəkdə milli çempionatda çıxış edəcəyini bildirib: “Klubumuzun XVI milli çempionatda çıxışını dayandırmasına görə məyus olmağa dəyməz. Çünki bu, müvəqqəti haldır. “MKT-Araz” yaxın gələcəkdə yenə güclülər dəstəsində çıxış edəcək. Bundan sonra uşaq futboluna xüsusi diqqət yetirəcəyik. Yeniyetmələrdən ibarət komandalarımız çıxışını davam etdirəcək. İmişlidəki stadionumuz, bazamız yeniyetmə futbolçulara veriləcək. Gələcəkdə əsas komandamız futbolçular yetişdirməklə, yenidən milli çempionatda çıxış edəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR