Bank Of Baku

Rusiyada Anatoli Banişevskinin xatirəsinə keçirilən turnirdə iştirak edəcək komandalar müəyyənləşib

Rusiyada Anatoli Banişevskinin xatirəsinə keçirilən turnirdə iştirak edəcək komandalar müəyyənləşib
# 10 avqust 2007 12:01 (UTC +04:00)
Bu gün Rusiyanın Nijni-Novqorod şəhərində əfsanəvi Azərbaycan futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunan beynəlxalq turnir start götürəcək. Yarışları işıqlandırmaq üçün Nijni-Novqoroda ezam olunmuş “APA-Sport” agentliyinin müxbirinin verdiyi məlumata görə, turnirdə yeddi komanda mübarizə aparacaq. Azərbaycanı bu birincilikdə təmsil edən “Neftçi” Veteranları Futbol Klubu ilə yanaşı, mükafatlar uğrunda Nijni-Novqorod və Kostromskoy vilayətlərinin komandaları, “Dinamo” (Nijni-Novqorod), eləcə də, Pavlovo, Djerzinsk, Viksa şəhərlərinin və Nijni-Novqorodun azərbaycanlılardan ibarət komandası iştirak edəcək. Yarışın püşkü bu gün yerli vaxtla saat 17:00-da atılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR