Bank Of Baku

AFFA Anar Salmanovla Munis Abdullayevin güclülər dəstəsində hakimlik etməsinə icazə verib

AFFA Anar Salmanovla Munis Abdullayevin güclülər dəstəsində hakimlik etməsinə icazə verib
# 10 avqust 2007 13:42 (UTC +04:00)
AFFA güclülər dəstəsi komandaları arasında keçiriləcək XVI Azərbaycan çempionatının I dövrə oyunlarını idarə edəcək hakimlərin siyahısını dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, FİFA hakimləri Vüsal Əliyev, Babək Quliyev, Fariz Yusifov, beynəlxalq dərəcəli hakimlər İmanxan Sultani, Rövşən Əhmədov, Azad Mütəllimov, Anar Niyazov, Eldar Nağıbəyov və milli dərəcəli Ceyhun Haşımov növbəti ölkə çempionatına baş hakim qismində çıxacaqlar. Baş hakimliyə isə 9 namizəd var. Bunlar Feyzulla Feyzullayev, Elçin Səmədov, Əfqan Həmzəyev, Ramiz Əhmədov, Samir Hüseynov, Elnur Muradov, Anar Salmanov, Əmrah İbrahimov və Zahid Həşimovdur. Azad.Q.Hüseynov, İlham Əliyev, Aydın Ələkbərov, Mehman Mahmudov, Elman Musayev, Ramiz Əsədov, Azər Əsgərov, Azər Məmmədov (futzal), Vaqif Ayvazov, Roman Vasilyev, Munis Abdullayev, Habil Əliyev, Vasif Məmmədov, Azad.Ə.Hüseynov, Soltan Məmmədov, Akif Adıgözəlov, Ruhulla Kərimov, İqor Şpakovski, Arif Ağayev və Elşən Durmuşov baş hakimin köməkçiləri siyahısına daxil ediliblər. Baş hakim köməkçiliyinə namizədlər isə Vaqif Musayevlə Aleksandr Musatkindir. Qeyd edək ki, iki il əvvəl AFFA tərəfindən cəzalandırılan M.Abdullayevlə, A.Salmanov ötən mövsüm bağışlanaraq, assosiasiya bayrağı altında keçirilən həvəskarlar liqasında və birinci dəstədə hakimlik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR