Bank Of Baku

AFFA “MKT-Araz” klubunun çempionatda oynamayacağını təsdiqləyib

AFFA “MKT-Araz” klubunun çempionatda oynamayacağını təsdiqləyib
# 10 avqust 2007 13:44 (UTC +04:00)
AFFA İmişlinin “MKT-Araz” klubunun XVI Azərbaycan çempionatında iştirak etməyəcəyini təsdiqləyib. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz” avqustun 11-də startı veriləcək çempionata qatılmayacağı barədə bu gün AFFA-ya məktub göndərib. Klub rəhbərliyi maliyyə problemlərini əsas gətirərək, güclülər dəstəsində çıxışını dayandırdığını bildirib. Federasiya isə öz növbəsində İmişli təmsilçisini yarışlardan kənarlaşdırmaq haqda qərar çıxarıb. Bununla da, püşkə görə “MKT-Araz” klubunun rəqibləri hər turda ardıcıl olaraq istirahət edəcək. Artıq ardıcıl ikinci mövsümdür ki, milli çempionat əyalət təmsilçisinin dağılması ucbatından 13 klubla başlamalı olur.
Xatırladaq ki, ötən mövsüm “Gəncə” çempionatda çıxışını dayandırmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR