Bank Of Baku

“ABN-Bərdə” güclülər dəstəsində oynamaq üçün AFFA-ya rəsmi müraciət edib

“ABN-Bərdə” güclülər dəstəsində oynamaq üçün AFFA-ya rəsmi müraciət edib
# 11 avqust 2007 08:11 (UTC +04:00)
“MKT-Araz” maliyyə çatışmazlığı ucbatından XVI milli çempionatda iştirakdan imtina etdiyi üçün “ABN-Bərdə” klubu güclülər dəstəsində çıxış etmək məqsədilə AFFA-ya rəsmi məktub göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, komanda rəhbərliyi federasiyaya göndərdiyi məktubda yüksək liqada hazır olduqlarını bildirib. AFFA rəsmiləri isə hələlik “ABN-Bərdə” klubuna müsbət cavab vermək fikrində deyil. Bunun üçün ilk növbədə Bərdə stadionunun infrastrukturu, komandanın güclülər dəstəsinin şərtlərinə cavab verməsi və digər məsələlər yoxlanılmalıdır.
Qeyd edək ki, “Azərbaycan çempionatının və Azərbaycan kuboku uğrunda yarışların Əsasnaməsi”nin 3-cü maddəsinin 1.4-cü bəndinə əsasən birinci dəstədə müvafiq yeri tutan “Göyəzən” klubu güclülər dəstəsində oynamaq hüququ qazanmışdı. Lakin “Göyəzən” komandasının rəhbərliyi güclülər dəstəsində oynamaq üçün maliyyə vəziyyətlərinin imkan vermədiyini AFFA-ya bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR