Bank Of Baku

Kamal Quliyev “Standard-Bakı” ilə müqavilə bağlayıb

Kamal Quliyev “Standard-Bakı” ilə müqavilə bağlayıb
# 11 avqust 2007 08:24 (UTC +04:00)
“Standard-Bakı” Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyevin keçidini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, komanda rəhbərliyi 31 yaşlı futbolçu ilə altı ay müddətinə müqavilə bağlayıb. “Standard-Bakı” klubunun baş məşqçisi Yunis Hüseynov 30 yaşlı qapıçı Vitali Kovalyovu da komandaya cəlb edib. Paytaxt klubu fəaliyyətini dayandıran “MKT-Araz”ın 23 yaşlı moldovalı hücumçusu Anatoli Doroşun da keçidini həll etmək üzrədir. Belə ki, A.Doroşun agenti ilə danışıqlar aparan “Standard-Bakı” yarım illik anlaşmaqla bağlı razılıq əldə edib.
Qeyd edək ki, Y.Hüseynovun komandası bu gün ilk turda öz meydanında “Qəbələ” klubu ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR