Bank Of Baku

“Qəbələ” “MKT-Araz” klubunun üç futbolçusunu heyətinə cəlb edib

“Qəbələ” “MKT-Araz” klubunun üç futbolçusunu heyətinə cəlb edib
# 11 avqust 2007 08:41 (UTC +04:00)
“Qəbələ” klubu XVI Azərbaycan çempionatında çıxışını dayandıran “MKT-Araz”ın üç futbolçusunu heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, Camal Məmmədov, Ruslan Poladov və Azər Cabbarovun “Qəbələ”nin hazırlığında yer alıb. C.Məmmədovla R.Poladov “Standard-Bakı”nın maraq dairəsində olsa da, bu kluba keçidi baş tutmayıb. Qəbələnin eyniadlı klubu “MKT-Araz”dan gələn hər üç orta sahə oyunçusunu keçidini bu gün həll etməyə çalışır. Sənədləşdirmə işləri yekunlaşacağı halda, C.Məmmədov, R.Poladov və A.Cabbarov bu gün ilk turda “MKT-Araz”dakı oyundaşlarına qarşı çıxış etmək imkanı qazanacaq. Belə ki, “Qəbələ”nin ilk turda rəqibi olan “Standard-Bakı” da “MKT-Araz”ın üç futbolçusu qapıçı Vitali Kovalyov, yarımmüdafiəçi Kamal Quliyev və hücumçu Anatoli Doroşu heyətinə cəlb edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR