Bank Of Baku

“Xəzər-Lənkəran” “Karvan”la görüşə itkilərlə çıxacaq

“Xəzər-Lənkəran” “Karvan”la görüşə itkilərlə çıxacaq
# 11 avqust 2007 10:19 (UTC +04:00)
“Xəzər-Lənkəran” XVI Azərbaycan çempionatının ilk turunda “Karvan” klubu ilə sabah keçiriləcək səfər görüşünə Gəncədə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, Gəncədə eyni adlı mehmanxanada məskunlaşan lənkəranlılar oyuna son məşqini şəhər stadionunda keçəcək. Baş məşqçi Ağasəlim Mircavadov yol problemini nəzərə alaraq, Yevlax stadionunda məşq etməyi məqsədəuyğun saymayıb. Komanda Yevlaxa yalnız oyun günündə yollanacaq və matçdan dərhal sonra Bakıya qayıdacaq. “Xəzər-Lənkəran” “Karvan”la oyuna itkilərlə çıxacaq. Komandanın əsas heyət oyunçularından sayılan 18 yaşlı yarımmüdafiəçi Rahid Əmirquliyev zədəsini sağalda bilməyib. A.Mircavadov digər orta sahə oyunçusu, zədəli Rəşad Kərimovun da xidmətindən məhrumdur. Qapıçı D.Kramarenkonun zədəsi daha ciddi olduğundan, vaxtilə çıxış etdiyi “Karvan”a qarşı oynamayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR