Bank Of Baku

Təbriz Həsənov: “Xəzər-Lənkəran” nə qədər güclənsə də, yenidən asanlıqla çempion olacağını düşünməsin”

Təbriz Həsənov: “Xəzər-Lənkəran” nə qədər güclənsə də, yenidən asanlıqla çempion olacağını düşünməsin”
# 11 avqust 2007 11:06 (UTC +04:00)
“Debütümün “Xəzər-Lənkəran” kimi iddialı kluba qarşı olmasından fəxr edirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında iki ay öncə “Karvan” klubuna yeni baş məşqçisi təyin edilən Təbriz Həsənov deyib. Hazırkı komandasında üç ilk köməkçi işləyən 40 yaşlı mütəxəssis bu dəfə “Xəzər-Lənkəran”a qarşı baş məşqçi kimi çıxmaqla məsuliyyətinin artdığını söyləyib: “Ağasəlim Mircavadov müəllimim olub. Baş məşqçi kimi, debütümün Azərbaycan çempionluğunu və kubokunu qazanan komandaya qarşı olması mənim üçün stimuldur. Mən də bunu layiqincə, qələbə ilə qeyd etmək istəyirəm. Düzdür, rəqibimizin güclü olduğunu nəzərə alsaq, qələbə asan olmayacaq. Rəqib bir çox komponentlərdə, istər sürətli, texnikalı, istərsə də, atletik futbolda çox yaxşı təsir bağışlayır. Hazırkı “Xəzər-Lənkəran”ın əvvəlki komandadan çox fərqlənir. Cənublular bu il daha güclüdürlər”. T.Həsənov baş məşqçi kimi milli çempionatın debüt ilini xalla qeyd edəcəyinə inandığını vurğulayıb: “Xəzər-Lənkəran” nə qədər güclənsə də, yenidən asanlıqla çempion olacağını düşünməsin. Belə ki, milli çempionatda çıxış edən komandalar getdikcə güclənir. Bu da yüksək yerlər uğrunda mübarizəni həm çətinləşdirir, həm də maraqlı edir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR