Bank Of Baku

Ağasəlim Mircavadov: “Yevlaxa qələbə qazanmaq üçün yollanırıq”

Ağasəlim Mircavadov: “Yevlaxa qələbə qazanmaq üçün yollanırıq”
# 11 avqust 2007 11:32 (UTC +04:00)
“Yevlaxa qələbə qazanmaq üçün yollanırıq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
XVI Azərbaycan çempionatının ilk turunda Yevlaxda yerli “Karvan” komandası ilə görüşün asan olmayacağını vurğulayan A.Mircavadovun sözlərinə görə, ötən mövsüm üzləşdikləri məğlubiyyətdən nəticə çıxarıblar: “Həmin oyundakı səhvləri təkrarlamamağa çalışacağıq. Hazırkı “Karvan”ın oyununu görməmişəm. Hər halda, vaxtilə klub kimi formalaşmasında kömək etdiyim, məsləhətlərimi verdiyim “Karvan” mənə yaxşı tanışdır”. Səfər görüşünün Yevlaxdakı əsas meydanda keçiriləcəyini yaxşı hal hesab edən A.Mircavadov qarşılaşmanın çətin keçəcəyini vurğulayıb: “Matçın başlanma saatı narahatçılıq doğurur. Əvvəl saat 18:45-ə təyin etmişdilər. Sonra dəyişdirərək, 15 dəqiqə irəli çəkdilər. Yevlaxda havanın çox isti olmasını nəzərə almaq lazımdır. Belə olan halda, oyunun gec, sərin havada başlamaq daha məqsədəuyğun olardı. Bunun üçün stadionda projektor işığının olması lazımdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR