Bank Of Baku

“Neftçi” çempionata məğlubiyyətlə başladı

“Neftçi” çempionata məğlubiyyətlə başladı
# 12 avqust 2007 10:14 (UTC +04:00)
Avqustun 11-də və 12-də keçirilən oyunlarla XVI Azərbaycan çempionatına start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” tarixində ikinci dəfə milli çempionata məğlubiyyətlə başlayıb. 1998/99 mövsümündə Gəncədə “Kəpəz”ə 0:2 hesabı ilə uduzan flaqman 8 illik fasilədən sonra çempionatın ilk turunda eyni aqibətlə üzləşib. “Neftçi”, həmçinin bir illik fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyəti “Turan” klubundan alıb - 1:2.
Azərbaycan çempionatının son qalibi “Xəzər-Lənkəran” yeni mövsümə qələbə ilə başlayıb. Yevlax şəhər stadionunun əsas meydançasında “Karvan”la keçirilən oyunda yeganə qolun müəllifi Yakuba Bamba olub. İlk turda böyük hesablı qələbə qazanan “İnter” liderliyi ələ keçirib. “Qaraba𔝠Qaxda “Simurq”a uduzub. “Standard-Bakı” və “Masallı” klublarının güclülər dəstəsində debütü məğlubiyyətlə nəticələnib. “Qəbələ” isə yeni adla ilk görüşünü qələbə ilə qeyd edib. “MKT-Araz” klubunun milli çempionatda çıxışını dayandırması ucbatından “Olimpik” ilk turda istirahət edib.

11 avqust

“İnter” (Bakı) “Masallı” - 3:0
Xaqani Məmmədov, 34, Emin İmaməliyev, 47, Nizami Hacıyev, 90+1.

“Standard-Bakı” “Qəbələ” - 0:1
Tornike Aptsiuari, 51.

“Neftçi” (Bakı) “Turan” (Tovuz) - 1:2
Branimir Subaşiç, 14 Elvin Məmmədov, 64, Asəf Qədiri, 85.

“Simurq” (Zaqatala) “Qaraba𔝠(Ağdam) - 1:0
Vladimir Mazyar, 40.

12 avqust

“Bakı” “Gənclərbirliyi” (Sumqayıt) 3:1
Tərlin Xəlilov, 15, Amiran Muciri, 16, Fernando Peres, 30 Nicat Tağıyev, 87.

“Karvan” (Yevlax) “Xəzər-Lənkəran” - 0:1
Yakuba Bamba, 36.

II turun oyunları avqustun 18-də və 19-da keçiriləcək:

“Masallı” “Xəzər-Lənkəran”
“Qaraba𔝠“Karvan”
“Gənclərbirliyi” “Neftçi”
“İnter” “Standard-Bakı”
“Turan” “Olimpik”
“Qəbələ” “Bakı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR