Bank Of Baku

İlqar Qurbanov Türkiyədə qalmaqalla üzləşib

İlqar Qurbanov Türkiyədə qalmaqalla üzləşib
# 13 avqust 2007 09:10 (UTC +04:00)
Azərbaycan milli komandasının üzvü İlqar Qurbanovun Türkiyə Superliqasında debüt oyununda qalmaqal yaranıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin “Sivasspor” klubunun heyətində “Trabzonspor”la səfər görüşü azarkeşlərin meydana daxil olması ucbatından yarımçıq dayandırılıb. “Avni Aker” stadionunda keçirilən matçın son dəqiqələrində İ.Qurbanovun komanda yoldaşı Jabi rəqibə qarşı kobud oynadığından futbolçular arasında gərginlik yaşanıb. Hakim insidentin qarşısını ala bilməyib və xoşagəlməz olayı tribunadan izləyən “Trabzonspor” azarkeşləri meydana axışaraq, futbolçuların üzərinə hücum çəkiblər. Bu səbəbdən futbolçular və hakimlər paltardəyişmə otağına yollanmağa məcbur olublar. Nəticədə meydan sahiblərinin 1:0 hesabı ilə irəlidə olduğu qarşılaşma başa çatdırılmayıb.
Superliqada debüt oyununda əsas heyətdə yer alan İ.Qurbanov matçın ən fəallarından olub. Baş məşqçi Bülənt Uyğunun start heyətində yer verdiyi futbolçu qol vurmaq şansı qazansa da, bundan yararlanmayıb. Üstəlik, hakim İ.Qurbanovu 44-cü dəqiqədə carı vərəqə ilə cəzalandırıb. 79-cu dəqiqədə isə B.Uyğun 21 yaşlı yarımmüdafiəçini digər futbolçu ilə əvəzləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR