Bank Of Baku

Xaqani Məmmədov Azərbaycan çempionatının tarixinə düşüb

Xaqani Məmmədov Azərbaycan çempionatının tarixinə düşüb
# 13 avqust 2007 09:41 (UTC +04:00)
“İnter” klubunun hücumçusu Xaqani Məmmədov Azərbaycan çempionatının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, 31 yaşlı futbolçu “Masalı” ilə görüşün 36-cı dəqiqəsində hesabı açmaqla, XVI milli çempionatının ilk qolunun müəllifi olub. Avqustun 11-də keçirilən oyunlarda “Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiç daha tez (14-cü dəqiqə) fərqlənib. Ancaq “Neftçi” “Turan” oyunu “İnter” “Masallı” matçı başa çatdıqdan sonra başlandığı üçün X.Məmmədov serbiyalı futbolçunu qabaqlayıb. X.Məmmədov, həm də “İnter” klubunda debütünü qolla qeyd edib. Onunla birgə mövsümlərarası fasilədə “Olimpik”dən “İnter”ə keçən Nizami Hacıyev də yeni klubunda ilk oyunda qol vurub. “Qəbələ” klubunun heyətində ilk matçında fərqlənən gürcüstanlı legioner Tornike Aptsiuari Azərbaycan çempionatında debütünü qolla qeyd edib.
X.Məmmədov XVI milli çempionatında ilk sarı vərəqənin müəllifi kimi də tarixə düşə bilərdi. Ancaq “Qəbələ”nin oyunçusu Asif Məmmədov X.Məmmədovun 14-cü dəqiqədə aldığı sarı vərəqədən üç dəqiqə tez sarı vərəqə almaqla, yeni mövsümün ilk cəzalanan futbolçusu olub. A.Məmmədov “Standard-Bakı” ilə oyunda 66-cı dəqiqədə baş hakim Babək Quliyev tərəfindən ikinci sarı vərəqəni almaqla, XVI milli çempionatın ilk qırmızı vərəqə alan futbolçusu kimi də tarixə düşüb. İlk turda daha bir qırmızı vərəqə alan “Bakı”nın oyunçusu Romal Hüseynov olub. O, “Gənclərbirliyi” ilə matçda bir dəqiqəyə iki sarı vərəqə alıb. Matçın baş hakimi Eldar Nağıbəyov kobud oyuna görə 85-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırdığı R.Hüseynovu qərarından narazılığa görə, meydandan qovub. Qeyd edək ki, ilk turun iştirakçıları arasında “Neftçi” və “Qaraba𔝠istisna olmaqla, qalan komandalar hakimlər tərəfindən vərəqə ilə cəzalandırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR