Bank Of Baku

“Turan” klubunun “Neftçi” üzərindəki qələbəsi ilə bağlı Tovuzda mitinq keçirilib

“Turan” klubunun “Neftçi” üzərindəki qələbəsi ilə bağlı Tovuzda mitinq keçirilib
# 13 avqust 2007 10:26 (UTC +04:00)
“Komandamızın “Neftçi” üzərində qazandığı qələbəni sensasiya adlandırmaq düzgün deyil. Qələbəyə inanırdıq. Bu səbəbdən meydana çıxıb öz sözümüzü dedik. “Turan” gənc futbolçulardan təşkil olunsa da, güclü klubdur. Bizə zəif baxmaq olmaz”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Turan” klubunun prezidenti Yaşar İbrahimov deyib. XVI milli çempionatın ilk turunda Bakıda “Neftçi” üzərində qazanılan qələbənin qanunauyğun olduğunu vurğulayan Y.İbrahimov digər komandalarla görüşlərdə də “Turan”ın sonadək mübarizə aparacağını bildirib. Klub prezidenti “Neftçi” üzərindəki qələbədən sonra komanda üzvlərinə “Çanaqqala” restoranında ziyafət verildiyini söyləyib: “Oyundan sonra komandamıza yaxın şəxslər bizə “Çanaqqala” restoranında qonaqlıq verdi. Tovuza qayıtdıqda isə əsl bayram əhval-ruhiyyəsi yaşadıq. Belə ki, komandanı Tovuza aparan avtobus rayonun girəcəyindən mərkəzinədək polis və bayraqlarla bəzədilmiş xüsusi avtomobillərin əhatəsində oldu. Üstəlik, rayon mərkəzində bayram mitinqi keçirildi. İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və digər rəhbər şəxslər komanda üzvlərini qələbə münasibətilə təbrik edərək, növbəti turlarda da uğurlar arzuladılar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR