Bank Of Baku

Gürcüstan Azərbaycan görüşü “Ameri” stadionunda keçiriləcək

Gürcüstan  Azərbaycan görüşü “Ameri” stadionunda keçiriləcək
# 13 avqust 2007 10:54 (UTC +04:00)
Azərbaycanla Gürcüstanın yığma komandalarının yoldaşlıq görüşünün keçiriləcəyi məkan bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, 19 yaşlılardan ibarət komandamızın gürcüstanlı həmyaşıdları ilə avqustun 15-ə təyin edilən oyunu Tiflisdə “Ameri” futbol klubuna məxsus stadionda keçiriləcək. Güclülər dəstəsində çıxış edən “Ameri”nin stadionunda keçirilən matç yerli vaxtla saat 17:30-da başlanacaq. A.Əsədovun baş məşqçisi olduğu yığma komandamızın Gürcüstana səfəri zamanı iki sınaq matçı keçirməsi nəzərdə tutulub. Yığmamızın Gürcüstanla avqustun 17-də keçirəcəyi ikinci görüşün yeri sonradan müəyyənləşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR