Bank Of Baku

Ramin Musayev: “Qurban Qurbanov necə istefa verə bilər?”

Ramin Musayev: “Qurban Qurbanov necə istefa verə bilər?”
# 13 avqust 2007 11:54 (UTC +04:00)
“Qurban Qurbanov “Turan”a məğlubiyyətdən sonra istefa verməsi ilə bağlı klub rəhbərliyinə müraciət etməyib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. R.Musayevin sözlərinə görə, komanda ilk turda öz meydanında “Turan”a 1:2 hesabı ilə məğlub olsa da, baş məşqçinin istefasından söhbət gedə bilməz: “Qurban Qurbanov necə istefa verə bilər? O, hazırda komandadır, yanımda oturub. İlk turda məğlubiyyəti normal qarşılayırıq. “Fənərbaxça” kimi klub çempionata məğlubiyyətlə başladı. Türkiyə çempionatının son qalibi Superliqaya çıxan “İstanbul Böyük Şəhər Bələdiyyəspor” klubuna 0:2 hesabı ilə məğlub oldu. Komandamızın “Turan”a məğlubiyyəti ciddi narahatçılığa əsas vermir. Tərəfdarlarımız narahat olmasınlar, hər şey yaxşı olacaq. Sadəcə, komandanın UEFA kubokunda mübarizəni dayandırmasının da psixoloji təsiri olub”. R.Musayev bildirib ki, komanda rəhbərliyi Qurban Qurbanovla vidalaşmaq fikrində deyil: “Baş məşqçini dəstəkləməkdə davam edirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR