Bank Of Baku

AFFA ABN klubunun güclülər dəstəsində iştirak etməsinə icazə verib

AFFA ABN klubunun güclülər dəstəsində iştirak etməsinə icazə verib
# 13 avqust 2007 14:04 (UTC +04:00)
XVI Azərbaycan çempionatda çıxışını dayandıran “MKT-Araz”ı Bərdənin ABN klubunun əvəzləyəcəyi təsdiqlənib. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov məlumat verib. M.Həsənov artıq ABN klubu rəhbərliyinə bununla bağlı rəsmi məktub göndərildiyini söyləyib: “Əsasnaməyə görə, ötən mövsüm birinci dəstədə 3-cü yeri tutan “Göyəzən”in “MKT-Araz”ı əvəzləmək hüququ olsa da, onlar maliyyə problemlərinə görə, müraciətimizi müsbət cavablamadılar. 4-cü yeri tutan ABN isə “Göyəzən”dən fərqli, güclülər dəstəsində çıxış etməyə və AFFA-nın bununla bağlı tələblərini yerinə yetirməyə hazırdır. ABN klubuna iştiraka icazə verməyimizlə bağlı rəsmi məlumat verdikdən sonra güclülər dəstəsinə qatılmaqla bağlı lazımi işlərə bağlayıblar. AFFA-ya təqdim olunan iştirak ərizəsinə oyuna bir sutka qalmışadək əlavə futbolçuların adlarını daxil edə bilərlər. Digər yüksək liqa klubları kimi ABN üçün də avqustun 31-dək “transfer pəncərəsi” açıqdır. Bərdəlilərinin də çempionata daxil edilməsi ilə təqvimdə heç bir dəyişiklik edilməyəcək. Yəni, XVI Azərbaycan çempionatının püşkatmasının nəticəsinə əsasən, “MKT-Araz”ın hər turdakı rəqibləri ABN ilə görüşəcək”. Milli çempionatda debütü ikinci turda “Simurq”la ev oyununda reallaşacaq ABN oyunlarını Bərdədəki stadionunda keçirəcək. M.Həsənov avqustun 19-da “Simurq”la görüşədək Bərdəyə stadionun vəziyyəti ilə tanış olmaq məqsədilə AFFA nümayəndəsinin yollanacağını bildirib.
Qeyd edək ki, Bərdə sonuncu dəfə güclülər dəstəsində 10 il öncə maliyyə problemlərinə görə çempionatın ortasında çıxışını dayandıran “Pambıqçı” klubu ilə təmsil olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR