Bank Of Baku

“Neftçi” Rusiyada Anatoli Banişevskinin xatirəsinə keçirilən turnirdə ikinci olub

“Neftçi” Rusiyada Anatoli Banişevskinin xatirəsinə keçirilən turnirdə ikinci olub
# 13 avqust 2007 15:56 (UTC +04:00)
“Neftçi” Veteranları Futbol Klubu Rusiyanın Nijni-Novqorod şəhərində əfsanəvi Azərbaycan futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə uğurlu çıxış edib. Yarışları işıqlandırmaq üçün Nijni-Novqoroda ezam olunmuş “APA-Sport” agentliyinin müxbirinin verdiyi məlumata görə, təmsilçimiz yeddi komandanın mübarizə apardığı turnirin gümüş medalını qazanıb. “Neftçi” qrup mərhələsində əvvəlcə Təşkilat Komitəsinin komandasına 4:1 hesabı ilə qalib gəlib. Bu görüşdə İsgəndər Cavadov iki, Oqtay Abdullayevlə Hacıbala Abdullayev hərəyə bir dəfə fərqləniblər. Həmyerlilərimiz ikinci görüşdə İ.Cavadovun 1 və Nazim Süleymanovun 2 qolu sayəsində “Pavlovo” komandasına 3:2 hesabı ilə qalib gəliblər. Amma “Neftçi” final qarşılaşmasında Nijeqorodsk quberniyasının komandasına 1:6 hesabı ilə məğlub olaraq, yarışı ikinci pillədə başa vurub. Bu matçda komandamızın yeganə qolunu 11 metrlik cərimə zərbəsindən Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev vurub. Gənclər arasında təşkil olunan yarışda isə yerli azərbaycanlıların formalaşdırdığı “Azəri” klubu çempionluğa sahib çıxıb. Həlledici oyunlardan sonra qaliblərə kuboklar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR