Bank Of Baku

Ramin Musayev: “Qurban Qurbanovu İqor Ponomaryovla əvəzləmək fikrimiz yoxdur”

Ramin Musayev: “Qurban Qurbanovu İqor Ponomaryovla əvəzləmək fikrimiz yoxdur”
# 14 avqust 2007 08:56 (UTC +04:00)
“Qurban Qurbanovu İqor Ponomaryovla əvəzləmək fikrimiz yoxdur”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Klub rəhbərliyinin Q.Qurbanovu dəstəklədiyini vurğulayan R.Musayevin sözlərinə görə, baş məşqçinin istefasından danışmaq hələ tezdir: “Rəhbərlik də, oyunçular da Qurban Qurbanova inanır. O, işini davam etdirəcək. İstefa haqda danışmaq yersizdir. İqor Ponomaryovun Bakıya dəvət edilməsi də tamamilə əsassız söhbətdir. Bu şayiələri komanda daxilində söz-söhbət yaratmaq, aranı qarışdırmaq istəyənlər qəsdən yayırlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR