Bank Of Baku

FİDE dünya kubokuna üç Azərbaycan şahmatçısını dəvət edib

FİDE dünya kubokuna üç Azərbaycan şahmatçısını dəvət edib
# 14 avqust 2007 09:38 (UTC +04:00)
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya kubokunda çıxış edəcək qrossmeysterlərin siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, noyabrın 16-dan dekabrın 9-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək yarışda 128 şahmatçı olimpiya sistemi üzrə mübarizə aparacaq. Bu nüfuzlu turnirin iştirakçıları sırasında üç həmyerlimiz də olacaq. Dünyanın tanınmış şahmatçılarına qarşı milli komandanın üzvləri Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaq.
Qeyd edək ki, R.Məmmədov dünya kubokunda çıxış etmək hüququnu ötən il keçirilən Avropa çempionatında qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR