Vladimir Afanasyev: “Banişevskini heç nəyə biganə qalmayan futbolçu, gözəl insan kimi xatırlayıram”
- Vladimir İvanoviç, Rusiyanın Nijni-Novqorod şəhərində Anatoli Banişevskinin xatirəsinə keçirilən turnir barədə nə deyə bilərsiniz?
- Nijeqorodsk vilayətindəki azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyəti tərəfindən Anatoli Banişevskinin xatirəsinə turnir keçirmək barədə müraciət aldıqda, biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Çünki dahi sovet futbolçusu, əsl sovet futbol məktəbini keçmiş Banişevski futbolun inkişafına böyük töhfə verib. Keçmiş SSRİ yığmasının heyətində Avropa və dünya çempionatlarında iştirak edib. Gənclərdən ibarət bütöv bir nəsil onun adı ilə böyüyüb. Eyni zamanda, “Neftçi” klubu sovet futbolunun inkişafında xüsusi izlər buraxıb. Ölkənin aparıcı komandalarından biri olub, həm Azərbaycanda, həm də keçmiş SSRİ-də xeyli tamaşaçı rəğbəti qazanıb. Bu turnirin böyük çəkiyə malik olmasının digər göstəricisi isə fikrimcə, yaşlı və orta nəslin insanları bu futbolçunu xatırlayır. Biz istərdik ki, Banişevskinin xatirəsinə keçirilən turnir barədə televiziya və ya qəzet vasitəsilə xəbər tutan çoxsaylı gənclər də futbolla məşğul olsun. Bəlkə onlardan da yaxşı futbolçular çıxacaq, ustalardan ibarət komandalarda və ya Rusiya yığmasında çıxış edəcəklər.
- Banişevski nə vaxtsa Nijni-Novqorodda olubmu?
- Xeyr, o, heç vaxt Nijni-Novqorodda olmayıb. Amma mən Banişevskini yaxşı xatırlayıram. Biz hətta tanış olmuşuq. O ,“Neftçi”də çıxış etdiyi vaxt mən Luqanskın “Zarya” komandasının heyətində çıxış edirdim. Biz həmin vaxt çempion olmuşduq. Yadımdadır, həmin dövrdə “Neftçi” ilə birgə təlim-məşq toplantısında olmuşduq. Banişevkini heç nəyə biganə qalmayan futbolçu, gözəl insan kimi xatırlayıram. Onu Bakıda da həm insan, həm də futbolçu kimi sevir və hörmət edirlər.
- Bu turnir ənənəvi ola bilərmi və bu baxımdan, siz hansı köməyi göstərə bilərsiniz?
- Bu, birinci turnirdir. İlk dəfə yarış təşkil etmək həmişə çətin olur. Çoxlu veteran komandanın bu turnirə qatılması çox sevindiricidir. Gələcəkdə istərdik ki, bizim hansısa veteranlardan ibarət komandamız da Bakıya səfər etsin və paytaxtınızda da belə yoldaşlıq, dostluq görüşləri keçirsin. Bu, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinin xeyrinə olacaq. Ümumiyyətlə, veteranların ünsiyyətdə olması və Azərbaycan və Rusiya idmançılarının dostluq etməsi maraqlı olardı. Əvvəllər vahid ailə idik, sonradan bizi ayırdılar. Buna görə də indi xalqlarımızın dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində çalışmalıyıq.
- Nijeqorodsk vilayətinin komandalarında çıxış edən azərbaycanlı futbolçu tanıyırsınız?
- Nijni-Novqorodun şəhər birinciliyində hamısı azərbaycanlılardan ibarət “Azəri” komandası çıxış edir. Yaxşı futbol oynayırlar. Fikrimcə, “Azəri”yə qarşı çıxış etmək yerli futbolçuların da xoşuna gəlir. Meydançada oyunçuların milli baxımdan heç bir problemi yoxdur.
- Vilayətiniz Rusiya çempionatında necə təmsil olunur?
- Bizim “Volqa” adlı komandamız var. Rusiya çempionatının ikinci liqasında “Ural-Povoljye” zonasında çıxış edir. Komandanın qarşısına birinci diviziona vəsiqə qazanmaq məqsədi qoyulub. Buna nail olsa, “Volqa”nın heyətini daha da gücləndirərək, premyer-liqada iştirakına nail olacağıq. Vaxtilə Nijni-Novqorod komandalarından “Volqa” SSRİ çempionatında, “Lokomotiv” isə Rusiya çempionatının yüksək liqasında uzun müddət çıxış edib. Şəhər, vilayət rəhbərliyinin komandaya göstərdiyi münasibətdən də çox şey asılıdır.
- Azərbaycanlı futbolçuların “Volqa”da çıxış etmə perspektivi varmı?
- Hələlik komandalarımızda çıxış edən azərbaycanlı futbolçuların sayı azdır. Amma fikrimcə, belə turnirlər yenə də keçirilərsə, burada yaşayan azərbaycanlı gənclər də komandalarımıza cəlb olunacaq. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib