İqor Ponomaryov: “Qurban Qurbanovun məşqçi kimi təcrübəsi yetərincə deyil”
- Bu haqda eşitmişəm. Dost-tanışlar zəng edib, maraqlanırlar. Ancaq bu, həqiqətəuyğun deyil. Hazırda İsveçdəyəm və son vaxtlar Bakıya səfərim olmayıb.
- Ümumiyyətlə, “Neftçi” klubundan təklif almısınız?
- Xeyr.
- Təklif alsanız necə, qəbul edərsiniz?
- Təklif almadığımdan, söz-söhbət haqda danışmaq yersiz olardı. Mənim “Neftçi”nin hazırkı rəhbərliyi ilə tanışlığım yoxdur. Sadəcə, onu bilirəm ki, bu komandanın baş məşqçisi Qurban Qurbanovdur.
- Hər halda, “Neftçi” sizin üçün doğma klubdur. Futbolçu karyeranızı həsr etdiyiniz komandada baş məşqçi işləmək yəqin ki, ürəyinizdən keçir...
- Sözsüz. “Neftçi” mənə doğmadır və karyeram daha çox bu klubla bağlıdır. Mən futbolçu kimi bu klubda böyümüşəm. Futbolda ilk addımlarımı “Neftçi”də atmışam. 17 yaşımda məni bu klubun əvəzedici komandasına götürüblər. 29 yaşımadək “Neftçi”də çıxış etmişəm, futbolçu karyeramda ən yaddaqalan illəri bu klubla keçirmişəm. Amma “Neftçi”nin baş məşqçisi postunda işləmək planlarımda yoxdur.
- “Neftçi” kimi iddialı klubun son vaxtlar uğursuzluq zolağına düşməsi, bu söz-söhbətlərə əsas verir...
- “Neftçi”nin yeni çempionata məğlubiyyətlə başlamasından xəbərim var. İlk turda Bakıda “Turan”a 1:2 hesabı ilə uduzmasını internetdən oxudum. Fikrimcə, bir oyunla təşvişə düşmək lazım deyil. Çempionat yeni başlayıb, güclü klubların ilk turda məğlub olması müşahidə olunan hadisədir. Qurban Qurbanovu bir oyuna görə işindən kənarlaşdırmağı düzgün saymıram. Hələ qarşıda çoxlu görüşlər var. Qurbana şans vermək lazımdır. “Neftçi” bir məğlubiyyətlə Qurban Qurbanovu istefaya göndərməklə tələsik addım atmış olar.
- Bu il 70 illiyini qeyd edən “Neftçi” çempion olmadı, kuboku qazanmadı və UEFA kubokunda mübarizəni ilk mərhələ dayandırdı...
- “Neftçi” həmişə iddialı olduğunda, daha çox diqqət mərkəzində olub. Uğursuzluğa görə, ruhdan düşmək lazım deyil, gələcəyə nikbin baxmaq lazımdır.
- Qurban Qurbanovun bir məşqçi kimi uğur qazanacağına inanırsınızmı?
- Yaxşı futbolçu olub. Karyerası boyu həm millidə, həm də klublarda çoxlu oyun keçirib, çoxlu qol vurub. Ölkə kənarında, Rusiyada çıxış edib, böyük təcrübə qazanıb. Qurbanın məşqçi kimi işini görməmişəm. Bu səbəbdən fikir yürütmək, qiymət vermək çətindir. Ola bilsin ki, məşqçi kimi ilk addımlarını atdığından, Qurbanın təcrübəsi yetərincə deyil. Ona inanıb, etimad göstərməyi daha məqsədəuyğun sayıram.
- “Neftçi” UEFA kubokunda mübarizəni ilk mərhələdə dayandırması necə qəbul etdiniz?
- “Neftçi”nin UEFA kubokunda birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə oyunlarını görməmişəm. Buna görə də fikir yürütməkdə çətinlik çəkirəm.
- Ümumiyyətlə, avrokuboklarda hansısa klubumuzun oyununu izləmisinizmi?
- Xeyr.
- Azərbaycan futbolunda son vaxtlar baş verən proseslər haqda məlumatınız varmı? “MKT-Araz”ın dağılmasından yəqin ki, xəbərdarsınız?
- Bəli. “MKT-Araz”ın dağılmasına çox təəssüfləndim, sarsıldım. Bu, Azərbaycan futbolu üçün üzücü olaydır. Cəmi üç illik tarixi olan komandanı itirmək pis haldır. “MKT-Araz”ın rəhbərliyi klub üçün nə qədər pul xərclədi, infrastruktur yaratdı, baza, stadion tikdi. Bütün bunlar ola-ola klubun dağılmasını mənə qaranlıq qaldı. Üstəlik, bu klub UEFA kubokunda çıxış edib, çempionatın başlanmasına çox az qalmış dağılmasını anlamadım.
- Artıq iki aydır işsizsiniz. Yəqin ki, bu müddətdə təklif almısınız.
- Təkliflər olub, konkret danışıqlar aparmışam. Hətta bunu üçün səfərə çıxmışam. Ancaq həmin klubların təkliflərini qəbul etməyi məqsədəuyğun saymamışam.
- Belə başa düşdüm ki, təkliflər İsveçdən kənardan da olduğundan, bu ölkəni tərk etmisiniz?
- Bəli. Aldığım təklifləri nəzərdən keçirmək üçün İsveçdən kənara çıxmışam.
- Konkret hansı ölkələrə? Bunlar arasında Azərbaycan olub?
- Konkret ad çəkmək nəyə lazımdır? Rusiyanın “Maşuk-KMV” klubundan getdikdən sonra Azərbaycandan təklif almamışam.
- Sizi nə vaxt yeni klubun sükanı arxasında görə bilərik?
- Hələlik İsveçdəyəm və bir müddət də istirahət edəcəyəm. Yəqin ki, ilin sonunadək bir şey reallaşar.
- Azərbaycana nə vaxt səfər etməyi planlaşdırırsınız?
- Payızda.
- Elə həmin vaxtda sizin üçün doğma olan “Neftçi” klubunun 70 illiyinin təmtəraqlı qeyd olunacağı, tədbir keçiriləcəyi gözlənilir...
- Məni həmin tədbirə dəvət etsələr, gələrəm. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib