Bank Of Baku

“MKT-Araz” İqor Nakoneçnıya kompensasiya ödəyib

“MKT-Araz” İqor Nakoneçnıya kompensasiya ödəyib
# 14 avqust 2007 11:34 (UTC +04:00)
XVI Azərbaycan çempionatında çıxışını dayandıran “MKT-Araz” klubunun rəhbərliyi baş məşqçi İqor Nakoneçnı ilə əməkdaşlığı dayandırmasına görə kompensasiya ödəyib. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən İ.Nakoneçnının sözlərinə görə, iki il birgə çalışdığı klub rəhbərliyi ilə problem olmadan ayrılıb. Kompensasiyanın konkret məbləğini açıqlamayan ukraynalı mütəxəssis ona qarşı münasibətdən razı qaldığını söyləyib: “Bakıda olduğum müddətdə “MKT-Araz” rəhbərliyi ilə görüşüm olub. Hər şey yüksək səviyyədə idi. Başda klub prezident İkram Kərimli olmaqla, “MKT-Araz” rəhbərliyinə minnətdarlığımı bildirirəm. İki ildir bir yerdə işlədiyim klub rəhbərliyi ilə aramızda heç bir problem yoxdur. Komanda mənimlə müqavilənin pozulmasının qarşılığını ödədi”. İ.Nakoneçnı XVI Azərbaycan çempionatının ilk turunda rəhbərliyi altında çıxış edən futbolçuların oyununu izlədiyini vurğulayıb: “Standard-Bakı” “Qəbələ” görüşünü izlədim. Oyun keçirilən stadionun qazonu pis vəziyyətdə idi. Belə meydançada futbol oynamaq düzgün deyil. Bu, matçın keyfiyyətinə öz mənfi təsirini göstərir. Konkret futbolçuların oyunlarını izləmədiyimdən, fikir yürüdə bilmərəm”.
Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşmada “MKT-Araz”ın futbolçularından qapıçı Vitali Kovalyov, yarımmüdafiəçi Kamal Quliyev, moldovalı hücumçu Anatoli Doroş “Standard-Bakı”nın, yarımmüdafiəçilər Camal Məmmədovla Azər Cabbarov “Qəbələ”nin heyətində çıxış edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR