Bank Of Baku

AFFA “Karvan”a xəbərdarlıq edib

AFFA “Karvan”a xəbərdarlıq edib
# 14 avqust 2007 13:11 (UTC +04:00)
AFFA Yevlaxın “Karvan” klubuna xəbərdarlıq məktubu göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında “Karvan”ın ilk turda “Xəzər-Lənkəran”la öz meydanında keçirdiyi oyunda polis əməkdaşlarının hərəkəti müzakirə edilib. Birinci hissənin sonlarında stadionda olan asayiş keşikçilərinin etik normaları pozaraq, VİP tribunanda əyləşən “Xəzər-Lənkəran”ın azarkeşlərini və klub rəhbərliyini zorla yerindən qaldırıb stadionun başqa hissəsinə keçməyə məcbur etməsi narazılıqla qarşılanıb. NİK belə halların bir daha təkrar olunmamağı ilə bağlı “Karvan” klubunun rəhbərliyinə xəbərdarlıq məktubu göndərməyi qərara alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR