Bank Of Baku

AFFA Mübariz Orucova 2000 manat cərimə kəsib

AFFA Mübariz Orucova 2000 manat cərimə kəsib
# 14 avqust 2007 13:32 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) XVI Azərbaycan çempionatı başlayandan sonra bu gün ilk iclasını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK-in cari çempionatda ən böyük cəzaya məruz qoyduğu ilk futbolçu “Karvan”ın yarımmüdafiəçisi Mübariz Orucov olub. 32 yaşlı futbolçu “Xəzər-Lənkəran”la Yevlaxda keçirilən matçın 68-ci dəqiqəsində rəqibi bilərəkdən vurduğu üçün 2 oyunluq cəzalandırılıb və 2000 manat məbləğində cərimələnib. İlk turda iki sarı vərəqəyə görə meydandan çıxarılan futbolçuların Ramal Hüseynovla (“Bakı”) Asif Məmmədovun (“Standard-Bakı”)cəzası eyni olub. Belə ki, bir oyunluq cəzalanan hər iki futbolçu komandalarını 200 manat xərcə salıb. NİK “Standard-Bakı” klubunu ümumilikdə 1200 manat cərimələyib. “Standard-Bakı” “Qəbələ” oyununda komandalar nəzərdə tutulduğundan çox (4 və daha çox) sarı vərəqə ilə cəzalandırdığı üçün hərəyə 1000 manat cərimə ödəyəcək. NİK ilk turdan sonra kəsdiyi cərimələrin məbləği 4400 manat təşkil edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR