Bank Of Baku

AFFA-nın baş katibi Elxan Məmmədov Uça Uqulava ilə görüşmək üçün Tiflisə yollanıb

AFFA-nın baş katibi Elxan Məmmədov Uça Uqulava ilə görüşmək üçün Tiflisə yollanıb
# 14 avqust 2007 15:07 (UTC +04:00)
Elxan Məmmədov AFFA-nın baş katibi təyin edildikdən sonra ilk işgüzar səfərə çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Tiflisə yollanan Elxan Məmmədovun Gürcüstanın Futbol Federasiyasının baş katibi Uça Uqulava ilə görüşü nəzərdə tutulub. AFFA rəsmisi Tiflisdə olduğu müddətdə işgüzar danışıqları ilə yanaşı, yığmamızın da oyununu izləyəcək. Belə ki, 19 yaşlılardan ibarət yığma komandamız sabah 18:30-da “Ameri” futbol klubunun stadionunda gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Millimizin gürcüstanlılarla avqustun 17-də də oyunu nəzərdə tutulsa da, E.Məmmədovun ilk yoldaşlıq görüşündən sonra Bakıya qayıdacağı gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR