Bank Of Baku

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin görüşlərinə start verilib

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin görüşlərinə start verilib
# 15 avqust 2007 08:10 (UTC +04:00)
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin görüşlərinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyunlarda meydan sahibi olan komandalardan yalnız “Valensiya” qrup mərhələsinə çıxmaq vəzifəsini demək olar yerinə yetirib. “Benfika” “Kopenhagen”i ötən mövsüm qrup mərhələsində olduğu kimi, öz meydanında məğlub edib. Meydan sahiblərindən yalnız “Latsio” qələbə qazana bilməyib.

“Valensiya” (İspaniya) AEK (Yunanıstan) - 3:0
Visente, 7, David Silva, 58, Fernando Moryentes, 70.

“Latsio” (İtaliya) “Dinamo” (Rumıniya) - 1:1
Tommaso Rokki, 38 İonel Daniel Dançilesku, 22.

“Reyncers” (Şotlandiya) “Srvena Zvezda” (Serbiya) - 1:0
Naço Novo, 90.

“Benfika” (Portuqaliya) “Kopenhagen” (Danimarka) - 2:1
Ruy Koşta, 25, 86 Atiba Xatçinson, 35.

Üçüncü təsnifat mərhələsində digər oyunlar bu gün keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR