Bank Of Baku

Elxan Məmmədov Gürcüstan Futbol Federasiyasının baş katibi ilə görüşüb

Elxan Məmmədov Gürcüstan Futbol Federasiyasının baş katibi ilə görüşüb
# 15 avqust 2007 09:25 (UTC +04:00)
AFFA-nın baş katibi Elxan Məmmədov Gürcüstanın Futbol Federasiyasının baş katibi Uça Uqulava ilə görüşüb. “APA-Sport” agentliyinin məlumatına görə, E.Məmmədov gürcüstanlı həmkarı ilə Tiflisdə keçirdiyi görüşdə hər iki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və digər məsələlər müzakirə edilib. Görüşdə Azərbaycanla Gürcüstanın müxtəlif yaş qruplarından ibarət , eləcə də, əsas yığma komandalar arasında mütəmadi yoldaşlıq görüşlərinin keçirilməsi nəzərdə tutulub. Baş katib səfəri çərçivəsində 19 yaşlılardan ibarət yığma komandamızın bu gün saat 18:30-da gürcüstanlı həmyaşıdları ilə Tiflisdə keçirəcəyi yoldaşlıq görüşü izləyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR