Bank Of Baku

Azərbaycan milli komandasının heyəti açıqlanıb

Azərbaycan milli komandasının heyəti açıqlanıb
# 15 avqust 2007 09:51 (UTC +04:00)
Azərbaycanın olimpiya yığma komandasının İran millisi ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şakir Qəribov avqustun 22-də Tehranda keçirəcəyi oyuna 20 futbolçu çağırıb.
Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Vəli Qafarov (Standard-Bakı”). Müdafiəçilər: Namiq Yusifov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Nodar Məmmədov, Timur İsrafilov (hər ikisi “Qarabağ”), Ramin Tanrıverdiyev (“Karvan”), Səbuhi Həsənov.
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Vasif Əliyev (“Bakı”), Elvin Məmmədov (“Turan”), Tagim Novruzov (“Qarabağ”), Ruhid Usubov, Arif Daşdəmirov (hər ikisi “MKT-Araz-2”).
Hücumçular: Fərid Quliyev (“Bakı”), Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Xəzər-Lənkəran”), Samiq Zərgərov, Asif Məmmədov (hər ikisi “Qəbələ”), Rövşən Əmiraslanov (“Masallı”).
Ş.Qəribov heyətə 19 yaşlılardan ibarət yığma komandada çıxışlarını başa vuran futbolçular da cəlb edib. Bu, T.İsrafilov, E.Məmmədov və N.Məmmədovdur. Olimpiya yığmamız İrana iyunun 20-də yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR