Mahmad Xabibullayev: “Azərbaycan üzərində qələbə məşqçilik karyeramda ən böyük uğurum olacaq”
Avqustun 22-də Düşənbədə Azərbaycan yığmasının rəqibi olacaq Tacikistan milli komandasının baş məşqçisi Mahmad Xabibullayevin “APA-Sport” agentliyinə eksklüziv müsahibəsi
- Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirmək variantını necə qəbul etdiniz?
- AFFA rəhbərliyinə və Azərbaycan milli komandasının baş məşqçisinə bizimlə yoldaşlıq görüşünə razılıq verdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Məsələ ondadır ki, biz Asiya Kuboku turnirindən öncə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırsaq da, bu, müxtəlif səbəbdən baş tutmadı. Belə olan halda, Azərbaycan yığmasının avqustun 22-də Düşənbədə oynamağa razılıq verməsi bizim üçün göydəndüşmə oldu.
- Tacikistan yığması bir ildir oyun keçirmir. Bunun səbəb nədir?
- Düzdür, bir ildir oyun keçirmirik. Uzun fasilədən sonra ilk görüşümüz Səudiyyə Ərəbistanı ilə olmalı idi. Ancaq son anda bizimlə qarşılaşmaqdan imtina etdilər. Uzun müddət oyun keçirməməyimizin əsas səbəbi baş məşqçi ilə bağlı yaranan problem idi. Belə ki, məndən əvvəlki baş məşqçi postundan getmək istəmirdi. Belə olan halda, təyinatım xeyli müddət yubandı və oyun keçirməklə bağlı razılıq əldə edə bilmirdik. Artıq belə problem yoxdur. Agentlərimə yoldaşlıq görüşlərində rəqib axtarmaqla bağlı tapşırıq vermişəm. Azərbaycanla oyundan sonra ikinci yoldaşlıq görüşümüz sentyabrın 8-də Qazaxıstan yığması ilə olacaq. Bu matçın səfərdə, Qazaxıstanın yeni paytaxtı Astanada keçirilməsi nəzərdə tutulub.
- Azərbaycan yığması haqda hansı məlumatlarınız var?
- Müəyyən informasiyaya malikik. Elə bu gün yığmanızın oyunu ilə bağlı müzakirə apardıq. Milliniz Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirak edir. Finlandiya üzərində qələbə qazandığınızı bilirik. Son rəsmi oyunlarınızı Bakıda Polşa, səfərdə Qazaxıstanla keçirmisiniz. Polşaya 1:3 hesabı ilə məğlub olub, Qazaxıstanla 1:1 hesablı bərabərliyə qalmısınız. Millinizdə son oyunlarda iki əcnəbi futbolçu çıxış edib. Bunlar ukraynalı və serbiyalıdır. Serbiyalı Polşa ilə oyunda hesabı açaraq, komandanızın yeganə qolunun müəllifi olub. Millinizdə braziliyalı futbolçuların da çıxış etməsini bilirəm.
- Milli komandamızın konkret hansı oyununu görmüsünüz?
- Bizdə son oyunların fraqmentlərindən ibarət kaset var. Onu da deyim ki, Azərbaycan Avropada müxtəlif turnirlərdə çıxış etdiyindən, səviyyəsinə görə Tacikistandan üstündür.
- Düşənbədə Tacikistanla keçiriləcək görüşdə Azərbaycanı favorit saymaq olarmı?
- Oyunun öz meydanımızda keçirilməsi bizim əsas üstünlüyümüzdür. Üstəlik, Azərbaycanla oyun Tacikistanın baş məşqçisi kimi ilk matçım olduğundan, çox vacibdir. Ən əsası, bu yoxlama oyunudur. Mən də futbolçularımı nəzərdən keçirmək istəyirəm. Millinizlə görüş Asiya kuboku turnirinə hazırlığın bir mərhələsidir. Hesab edirəm ki, Azərbaycanla görüş çox maraqlı olacaq. Üstəlik, Tacikistan bir ildir oynamamağı milli komandanızla görüşün marağını artırır.
- Hansı yığma komandanın qələbə qazanmaq şansı daha çoxdur? Tacikistan-Azərbaycan oyununa proqnoz vermək istərdiniz?
- Proqnoz verməyi xoşlamıram. Üstəlik, bu, rəsmi yox, yoldaşlıq görüşü olacaq. Belə matçlarda proqnoz vacib deyil. Amma Azərbaycanla oyuna qələbə qazanmaq üçün çıxacağıq. Dediyim kimi, yığmada baş məşqçi kimi, ilk oyunum olduğundan, Azərbaycan üzərində qələbə məşqçilik karyeramda ən böyük uğur olacaq.
- Azərbaycan milisinin baş məşqçisi Şahin Diniyev barədə məlumatınız var?
- Bir müddət əvvəl Diniyevin Azərbaycan mətbuatına verdiyi müsahibəni oxudum. Belə başa düşdüm ki, o, Tacikistanı ciddi rəqib saymır. Diniyev Tacikistan futbolunun lazımi səviyyədə olmadığını deyib. Ancaq fikirləşirəm ki, Diniyev yanılır. Tacikistanla görüşdə bunun şahidi olacaq, futbolunuzun əsl səviyyəsini biləcək. Millimizin ən layiqli oyununu göstərmək istəyirəm. Yəni, Azərbaycanın qarşılaşdığı Qazaxıstandan zəif olmadığımızı sübut etmək fikrindəyik. Hesab edirəm ki, yığmanız Qazaxıstanla səfər oyununda uğurlu çıxış edib. Hər halda, Azərbaycan rəqib meydanında hesabda irəlidə olduğu halda, qələbəni əldən verdi.
- Azərbaycan bu il Orta Asiya ölkələrinin yığmaları ilə qarşılaşıb. Yəni, Qazaxıstanla yanaşı, Özbəkistan və Qırğızıstan milliləri ilə də...
- Bu haqda məlumatlıyam. Mən yığmanızın oyunlarını kasetə köçürüb, heyətlə bağlı qeydiyyat aparmışam. Azərbaycanın bizimlə görüşə heyətinin açıqlanmasını gözləyirəm. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib