Bank Of Baku

Ramal Hüseynov: “Milli komandada oynamaqdan imtina etməmişəm”

Ramal Hüseynov: “Milli komandada oynamaqdan imtina etməmişəm”
# 15 avqust 2007 16:20 (UTC +04:00)
“Milli komandada oynamaqdan imtina etməmişəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib. Yığma komandada oynamaqla bağlı heç bir probleminin olmadığını vurğulayan R.Hüseynovun sözlərinə görə, milliyə hər zaman kömək etməyə hazırdır: “Vaxtilə olimpiya yığmasının şərəfini qoruyurdum. Çoxları mənim millidən imtina etdiyimi, mili komandanın rəhbərliyi ilə şəxsi münasibətlərimin pis olmasını iddia edir. Lakin bir daha bəyan edirəm: nə Şahin Diniyevlə, nə də futbolçularla problemim var. Nə zaman milliyə dəvət etsələr, bunu şərəf sayıb, Azərbaycan üçün bacardığımı edəcəyəm”. R.Hüseynov hazırkı komandasında ilk qırmızı vərəqəni XVI Azərbaycan çempionatının ilk turunda alıb. “Gənclərbirliyi” ilə oyunda bir dəqiqəyə iki sarı vərəqə aldığı üçün meydandan qovulan yarımmüdafiəçi baş hakim Eldar Nağıbəyovun qərarına narazılıq edib: “Qırmızı vərəqəyə görə çoxları məni tənqid edir. Bir şeyi başa düşmürlər ki, mən bilə-bilə qırmızı vərəqə almamışam. Sadəcə, həmin epizodda əsəblərimi cilovlaya bilmədim. Cəzalandığımdan ikinci turda “Qəbələ” ilə oyunda meydana çıxmayacağam. Bu görüş çox ağır keçəcək. “Qəbələ” ilk turda səfərdə qələbə qazandığından, komandada əhval-ruhiyyə yüksəkdir. Digər tərəfdən, matç Qəbələdə baş tutacaq. Bununla belə, komanda yoldaşlarımın mənim yoxluğumu unutduracağıma əminəm. Fikrimcə, ötən illə müqayisədə daha da güclənmişik. “Bakı” bu mövsüm istədiyinə nail olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR