Bank Of Baku

Azərbaycan yığması Gürcüstana məğlub olub

Azərbaycan yığması Gürcüstana məğlub olub
# 16 avqust 2007 08:08 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Gürcüstanla keçirdiyi ilk yoldaşlıq görüşündə uduzub. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu milli komandamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. Yığmamız 11-ci dəqiqədə artıq qapısından iki top buraxıb. Meydan sahiblərindən 4-cü dəqiqədə Timur Şoniya, bundan 7 dəqiqə sonra Vaxtanq Pantsxava fərqlənib. Həmvətənlərimiz fasiləyədək hesab arasındakı fərqi azaldıblar. 35-ci dəqiqədə “Simurq”un oyunçusu Miryusif Cavadov rəqib qapısına yol tapıb. Ancaq meydan sahibləri 67-ci dəqiqədə Revaz Qviniaşvilinin vurduğu qolla hesabda üstünlüyünü yenidən iki topa çatdırıb. Yığmamız matçın 74 dəqiqəsini 10 nəfərlə keçirib. Buna da səbəb “Qarabağ”da çıxış edən müdafiəçi Maksim Medvedevin 16-cı dəqiqədə meydandan qovulmasıdır. Tiflisdə “Ameri” futbol klubunun stadionunda keçirilən oyunu izləyən 250 nəfər arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Yığmamız gürcülərlə ikinci yoxlama oyununu sabah keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR