Bank Of Baku

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub
# 16 avqust 2007 08:22 (UTC +04:00)
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan çempionu “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran Zaqrebin “Dinamo” klubu turnirin cari mövsümündə ilk məğlubiyyətini alıb. Turnirdə meydanı qolsuz tərk etməmək ənənəsini Almaniyada da davam etdirən Branko İvankoviçin komandası fasiləyə hesabda 1:0 irəlidə yollanıb. Ancaq almanlar ikinci hissədə 12 dəqiqəyə vurduğu iki qolla əzmkar qələbə qazanıb.

“Fənərbaxça” (Türkiyə) “Anderlext” (Belçika) - 1:0
Aleks, 32.

“Sürix” (İsveçrə) “Beşiktaş” (Türkiyə) - 1:1
Aleksandr Alfonse, 90 - Matias Emilo Delqado, 4.

“Verder” (Almaniya) “Dinamo” (Xorvatiya) - 2:1
Uqo Almeyda, 46, Daniel Yensen, 58 Boşko Balaban, 45.

“Spartak” (Rusiya) “Seltik” (Şotlandiya) - 1:1
Roman Pavlyuçenko, 42 - Pol Hartli, 20

“Sarayevo” (Bosniya və Herseqovina) “Dinamo” (Ukrayna) - 0:1
Maksim Şatskix, 12.

“Zalsburq” (Avstriya) “Şaxtyor” (Donetsk) - 1:0
Aleksandr Tsikler, 10 penaltiylə.

“Tuluza” (Fransa) “Liverpul” (İngiltərə) - 0:1
Andrey Voronin, 43.

“Ayaks” (Hollandiya) “Slaviya” (Çexiya) - 0:1
David Kalivoda, 74 penaltiylə.

“Sparta” (Çexiya) “Arsenal” (İngiltərə) - 0:2
Çes Fabreqas, 72, Aleksandr Qleb, 90.

“Sevilya” (İspaniya) AEK (Yunanıstan) - 2:0
Liuş Fabiano, 48, Frederik Kanut, 67.

“Tampere” (Finlandiya) “Rusenborq” (Norveç) - 0:3
Mika Koppinen, 19, Yusuf Kone, 21, 81.

Cavab oyunları iki həftə sonra keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR