Bank Of Baku

“Simurq” Ermənistan çempionatında çıxış edən futbolçunu transfer edib

“Simurq” Ermənistan çempionatında çıxış edən futbolçunu transfer edib
# 16 avqust 2007 09:04 (UTC +04:00)
Zaqatalanın “Simurq” klubu Ermənistan çempionatında çıxış edən futbolçunu transfer edib. “APA-Sport” agentliyinin məlumatına görə, rəhbərlik vaxtilə “Banants” klubunun şərəfini qoruyan 27 yaşlı Andrey Danayevlə müqavilə bağlayıb. Ukraynalı futbolçu “MKT-Araz” klubunun heyətində UEFA kubokunun birinci təsnifat mərhələsində “Qrotslin” ilə hər iki oyunda meydana çıxıb. Ancaq “MKT-Araz” dağıldığı üçün A.Danayev Azərbaycan çempionatında çıxış edə bilməyib. Milli çempionatımızda “Simurq”un heyətində debüt edəcək A.Danayev artıq 2007/08 mövsümü üçün sifariş olunub. Komanda rəsmiləri onun adını AFFA-ya iştirak ərizəsində daxil etməklə, legionerlərinin sayını səkkizə çatdırıb. Belə ki, A.Danayevlə yanaşı, həmyerliləri olan qapıçılar Nikolay Zbarax, Taras Çopik, müdafiəçi Mixail Starostyak, yarımmüdafiəçilər Aleksandr Malıgin, Oleq Timtişın, hücumçular Vladimir Mazyar və Aleksandr Poklonski də “Simurq” klubunun şərəfini qoruyacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR