Bank Of Baku

“Neftçi” AFFA-ya 8000 manat ödəyib

“Neftçi” AFFA-ya 8000 manat ödəyib
# 16 avqust 2007 09:05 (UTC +04:00)
“Neftçi” klubu qapıçısı Vladimir Miçoviçə görə xərcə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu 32 yaşlı serbiyalının 2007/08 mövsümündə xidmətindən yaralanmaq üçün AFFA-nın bank hesabına 8000 manat pul köçürüb. “Neftçi” serbiyalı qapıçını sifariş etməklə, iştirak ərizəsində olan futbolçuların sayını 25-ə, legionerlərinin sayını 6-ya çatdırıb. V.Miçoviçin qayıdışından sonra baş məşqçi Qurban Qurbanovun sərəncamında olan qapıçıların sayı dördə çatıb. Flaqman bunadək üç qapıçı Ruslan Məcidov, Hüseyn Məhəmmədov və Elçin Sadıqovun adını iştirak ərizəsinə daxil edib.
Qeyd edək ki, “Neftçi”nin transferə çıxardığı V.Miçoviçin İranın “Pas” klubuna keçidi baş tutmadığı üçün yenidən Bakıya qayıdıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR