Bank Of Baku

Saşa Yunusoğlu: “Polşaya baxışa yox, birbaşa müqavilə bağlamağa gedirəm”

Saşa Yunusoğlu: “Polşaya baxışa yox, birbaşa müqavilə bağlamağa gedirəm”
# 16 avqust 2007 10:26 (UTC +04:00)
XVI Azərbaycan çempionatında çıxışını dayandıran “MKT-Araz” klubunun kapitanı Saşa Yunisoğlu Polşadan faks gözləyir. Bu barədə “APA-Sport” agentliyinə S.Yunusoğlunun özü məlumat verib. Onun sözlərinə görə, UEFA kubokunun birinci təsnifat mərhələsində rəqibləri olan “Qrotslin” rəhbərliyi onu heyətə cəlb edib: “Polşaya baxışa yox, birbaşa müqavilə bağlamağa gedirəm. Mənə üç illik müqavilə təklif edilib. Amma uzun müddətli müqaviləyə razı deyiləm. Mən bir illik müqavilə bağlamaq fikrindəyəm. İndi əsas problem viza ilə bağlıdır. Bizə viza açılmasa, Polşaya yollana bilmərik. “Qrotslin” rəhbərliyi avqustun 23-dək viza açılması ilə bağlı faks göndərəcəyini bildirib. Faksı əldə etdikdən sonra Polşanın ölkəmizdəki səfirliyinə müraciət edəcəyik”. Futbolçumuz səfərə atası ilə yollanacaq. “Qrotslin” isə UEFA kubokunun ikinci təsnifat mərhələsinin ilk oyununda Qazaxıstanda “Tobol” klubu ilə qarşılaşacaq. S.Yunusoğlunun sözlərinə görə, yeni komandasına “Qrotslin” Polşaya qayıtdıqdan sonra qoşulacaq: “Klub rəhbərliyi hazırda Qazaxıstandadır. Həftəsonunadək mənimlə bağlı faks göndərməlidirlər. Mən də faksın tez gəlməsində maraqlıyam. Çünki Polşaya tez gedib, keçidimə aydınlıq gətirməliyəm. Transferim baş tutmasa, geri qayıdıb Azərbaycanda özümə klub axtaracağam. “Qrotslin” rəhbərliyi də mənimlə bağlı məsələnin tez həll olunmasında maraqlı olmalıdır. Çünki Avropada da “transfer pəncərəsi” avqustun 31-də bağlandığından, polşalılar həmin vaxtadək keçidimi həll etməlidirlər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR