Bank Of Baku

Seneqal yığmasının baş məşqçisi “Bakı”nın təklifini qəbul edib

Seneqal yığmasının baş məşqçisi “Bakı”nın təklifini qəbul edib
# 16 avqust 2007 11:15 (UTC +04:00)
“Bakı” klubunun rəhbərliyi qapıçısı Xalidu Sissokonun ikinci turda “Qəbələ” ilə səfər oyununda iştirak etməsi üçün Seneqal milli komandasının polşalı baş məşqçisi Henrik Kasperjaka müraciət edib. “APA-Sport” agentliyinin məlumatına görə, polşalı mütəxəssis
müraciəti müsbət cavablayaraq, X.Sissokonun Qana ilə oyuna gəlməməsinə razılıq verib.
H.Kasperjakın müraciətinə əsasən, qapıçı avqustun 19-da Seneqal yığmasının düşərgəsində olmalı idi. “Bakı” rəhbərliyi həmin gün çempionatda oyunu olsa da, X.Sissokonun maraqları naminə güzəştə getməyə razılıq vermişdi. Ancaq paytaxt klubu əsas qapıçısının səfər görüşündə kömək etməsini lazım bilib və buna imkan yaradılması ilə bağlı Seneqalın baş məşqçisinə müraciət edib. H.Kasperjak isə X.Sissokonun Qana ilə matça bir gün qalmış, avqustun 20-də sərəncamında olmasında problem görməyib. Seneqalla Qana arasında yoldaşlıq görüşü isə avqustun 21-də İngiltərənin paytaxtı Londonda keçiriləcək. Hazırda İngiltərəyə viza almaqla məşğul olan 29 yaşlı qapıçı Qəbələdən qayıtdıqdan sonra Bakı-London hava reysi ilə səfərə çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR