Bank Of Baku

Tacikistan millisinin baş məşqçisi Mahmad Xabibullayev Azərbaycanla oyuna 24 futbolçu çağırıb

Tacikistan millisinin baş məşqçisi Mahmad Xabibullayev Azərbaycanla oyuna 24 futbolçu çağırıb
# 16 avqust 2007 14:57 (UTC +04:00)
Avqustun 22-də Düşənbədə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Tacikistan milli komandasının heyəti müəyyənləşib. Bu barədə “APA-Sport” agentliyinə Tacikistan yığmasının baş məşqçisi Mahmad Xabibullayev məlumat verib. O, heyətə 24 futbolçu çağırdığını bildirib.
Qapıçılar: Əlişir Dodov (“Reqar-TadAZ”), Aleksandr Mukanin (“Xima”), Unet Dövlətov (“Telekom”). Müdafiəçilər: Naim Nəsirov, Maruf Rustamov, Fərrux Çoriyev (hamısı “Reqar-TadAZ”), Əhməd Sulonkulov, Loik Nurəddinov (hər ikisi “Vaxş”), Səid Erqaşov (MOİK). Yarımmüdafiəçilər: Xurşed Mahmudov, İbrahim Radimov, Rəhmanəli Barotov, Odil İlqaşov, İlham Ortıxov (hamısı “Reqar-TadAZ”), Akmal Xolmatov (“Neftçi”, Özbəkistan), Şuxrad Cabbarov, Əlişir Unmasov, Akmal Sabirov, Dilşad Vosiyev (hamısı “Xima”), Suxrab İmanverdiyev (“Parvuz”), Cəmşid İsmayılov (“Dinamo”). Hücumçular: Numon Hakimov (“Parvuz”), Komil Saidov (“Xima”), Axtam Xamrakulov (“Vaxş”).
M.Xabibullayev bildirib ki, sabah “Reqar-TadAZ” klubun bazasında bir araya gəlib Azərbaycanla oyunun hazırlığına başlayacaq. Tacikistanın heyətində ölkə kənarında çıxış edən bir futbolçu var ki, bu, Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunun 31 yaşlı yarımmüdafiəçisi A.Xolmatovdur. M.Xabibullayev eyni zamanda baş məşqçisi olduğu “Reqar-TadAZ” klubundan milli komandaya 9 futbolçu cəlb edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR