Bank Of Baku

Fariz Yusifov İsveçrəyə təyinat alıb

Fariz Yusifov İsveçrəyə təyinat alıb
# 16 avqust 2007 14:59 (UTC +04:00)
FİFA hakimi Fariz Yusifov növbəti təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 35 yaşlı hakimimiz 17 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında İsveçrədə keçiriləcək Avropa çempionatının qrup oyunlarını idarə edəcək. Oktyabrın 10-dan 25-dək keçiriləcək yarışa FİFA hakim-köməkçisi Ramiz Əsədov da yollanacaq.
Qeyd edək ki, F.Yusifovun FİFA hakimi kimi rəsmi oyunlarda debütü iyulun 24-də Çempionlar Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Reyncers” (Andorra) “Şerif” (Moldova) oyununda reallaşıb. Bu qarşılaşmada moldovalılar 3:0 hesablı qələbə qazanmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR