Bank Of Baku

Şahin Diniyev: “Bəzi qüvvələr Tacikistanla görüş öncəsi aranı qızışdırmaq istəyirlər”

Şahin Diniyev: “Bəzi qüvvələr Tacikistanla görüş öncəsi aranı qızışdırmaq istəyirlər”
# 16 avqust 2007 16:07 (UTC +04:00)
“Mən heç vaxt Tacikistan yığmasının və futbolunun lazımi səviyyədə olmadığını deməmişəm. Bu ölkənin milli komandasının baş məşqçisinin mənimlə bağlı söylədiyi fikirlər həqiqətəuyğun deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev Tacikistan milli komandasının baş məşqçisi Mahmad Xabibullayevin haqqında dediklərini təkzib edib: “Onun dediklərini oxuyanda məyus oldum. Guya demişəm ki, Tacikistan yığmasını ciddi rəqib qəbul etmirəm. Əslində, bu fikirdə deyiləm. Ümumiyyətlə, Tacikistan futbolu ilə bağlı mənfi fikir söyləməmişəm. Bu milli komandaya yuxarıdan aşağı baxmıram. Tacikistana hər bir rəqib kimi, hətta Braziliya səviyyəsində hörmət edirəm”. Bütün rəqibləri ciddi qəbul etdiyini bildirən Ş.Diniyevin sözlərinə görə, M.Xabibullayev Azərbaycan mətbuatında təxribatçı qüvvələrin yazısını oxuyub: “İstəyirəm ki, Xabibullayev bunu bilsin. Görünür, bəzi qüvvələr Tacikistanla görüş öncəsi aranı qızışdırmaq istəyirlər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR