Bank Of Baku

Samir Əliyev yenidən Azərbaycan milli komandasına çağırılıb

Samir Əliyev yenidən Azərbaycan milli komandasına çağırılıb
# 17 avqust 2007 09:45 (UTC +04:00)
Avqustun 22-də Düşənbə şəhərində Tacikistan yığması ilə yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev Polşa və Qazaxıstanla görüşlərdə forma geyinməkdən imtina edən Samir Əliyevi yenə milli komandaya çağırıb. Həmin oyunlara çağırılmayan Saşa Yunusoğlu və Murad Ağakişiyevə isə bu dəfə dəvət göndərilib.
Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Cahangir Həsənzadə (“İnter”).
Müdafiəçilər: Samir Abbasov (“İnter”), Ramin Quliyev (“Neftçi”), Zaur Həşimov (“Xəzər-Lənkəran”), Aslan Kərimov (“Qarabağ”), Saşa Yunisoğlu (klubsuz).
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Ramazan Abbasov (“Neftçi”), Emin İmaməliyev (“İnter”), Elmar Baxşıyev, Emin Quliyev, Alim Qurbanov, Ceyhun Sultanov (hamısı “Xəzər-Lənkəran”), Murad Ağakişiyev (“Qarabağ”).
Hücumçular: Samir Əliyev, Branimir Subaşiç (hər ikisi “Neftçi”), Xaqani Məmmədov (“İnter”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR