Bank Of Baku

Elxan Məmmədov: “Uşaq futbolunun inkişafı üçün həyata keçirilən istənilən layihəni dəstəkləməyə hazırıq”

Elxan Məmmədov: “Uşaq futbolunun inkişafı üçün həyata keçirilən istənilən layihəni dəstəkləməyə hazırıq”
# 17 avqust 2007 09:56 (UTC +04:00)
“AFFA heç bir kluba münasibətdə ayrı-seçkiliyə yol vermir. Digər klublar kimi, “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə də görüşüm olub. İyulun 11-də milli çempionatın yayın hüququ ilə bağlı tender keçirdik. Lakin telekanalların əksəriyyəti buna laqeyd yanaşdılar. Tenderə yalnız AzTV və İctimai Televiziya qatıldı. Nəticədə milli çempionatın yayım hüququna AzTV sahib çıxdı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. AFFA-nın rəsmi internet səhifəsində sualları cavablandıran E.Məmmədov təmsil olunduğu qurum haqda yaxşı fikirdə olduğunu söyləyib: “Sadəcə, idarəetmədə müəyyən dəyişikliklərin edilməsinin, işin müasir tələblərə uyğun qurulmasının vacib olduğunu düşünürəm. İlk növbədə futbolun təbliğatını gücləndirmək və uşaq futbolunun inkişafına nail olmaq istəyirik. Azərbaycanda fəaliyyət göstərən yerli və xarici təşkilatları futbolun inkişafı naminə tədbirlər görməyə cəlb etmək fikrindəyik. Klublarımızın nəzdində uşaq futbol məktəblərinin açılmasına və daha mütəşəkkil fəaliyyət göstərməsinə çalışacağıq. Bir neçə ildən sonra uğurlu nəticələr əldə etmək üçün işimizi indidən düzgün qurmalıyıq. Uşaq futbol məktəblərinin açılması üçün böyük vəsait tələb olunur. AFFA-nın hazırda belə bir imkanı yoxdur. Çox istərdik ki, klublar bu istiqamətdə daha yaxşı fəaliyyət göstərsinlər. AFFA olaraq, uşaq futbolunun inkişafı üçün həyata keçirilən istənilən layihəni dəstəkləməyə hazırıq. AFFA-nın həyətində inşa olunan bina tibbi-bioloji bərpa mərkəzin tikintisinin dayanmasına səbəb də maddi çətinlikdir. Lakin binanın inşası davam etdiriləcək”. Baş katib “Neftçi” klubunun UEFA kubokunda “Rid” ilə, milli komandamızın Qazaxıstanla səfərdə keçirdiyi rəsmi oyunlarda qeydə alınan nəticələrə də münasibət bildirib: “Çox təəssüf ki, “Neftçi” UEFA Kubokunda mərhələ adlaya bilmədi. Komanda “Rid”lə oyunun birinci hissəsini bütövlükdə və ikinci hissənin təxminən 25 dəqiqəsini çox yüksək səviyyədə keçirsə də, görünür, futbolçuların fiziki cəhətdən lazımi səviyyədə hazırlıqlı olmamağı nəticəni rəqibin xeyrinə dəyişdi. Söhbət millimizin səfərdə keçirilən oyundan gedirsə, komandamızın hesabı açmasını və rəqibin birinci hissənin sonlarından etibarən azlıqda qalmasını nəzərə alsaq, millimizin 2 xal itirdiyini hesab edirəm. Azərbaycan futbolunun özünəməxsus ənənələri və tarixi var. Ötən dövrlərdə qazanılan uğurlardan bəhrələnməklə futbolumuzun səviyyəsini yüksəltməyə çalışmalıyıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR