Bank Of Baku

Rasim Kara: “Karvan”la görüşə qələbə qazanmaq üçün çıxacağıq”

Rasim Kara: “Karvan”la görüşə qələbə qazanmaq üçün çıxacağıq”
# 17 avqust 2007 12:42 (UTC +04:00)
“Karvan” hər zaman təhlükəli rəqibdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara bildirib. XVI Azərbaycan çempionatına məğlubiyyətlə başladıqlarının bədbinliyə əsas vermədiyini vurğulayan türkiyəli mütəxəssisin sözlərinə görə, ilk turda “Simurq”la səfər görüşündə uduzsalar da, komanda yaxşı oyun nümayiş etdirib: “Hər halda, ərazi üstünlüyü bizim tərəfimizdə idi. Rəqiblə müqayisədə qol imkanlarımız daha çox oldu. Sadəcə, bundan yararlana bilmədik. “Simurq” isə bir real imkanı qola çevirməklə qələbə qazandı. Heyətimizin gənc olduğunu, çoxlu dəyişiklər etməyimizi nəzərə almaq lazımdır. “Qarabağ”ın baş məşqçisi olduğum yarım ildə heyətdə 20 futbolçu dəyişdik”. İkinci tura gəlincə, “Karvan”ın oyununu təhlil etdiklərini söyləyən R.Kara meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Karvan”ın ilk turda “Xəzər-Lənkəran”la Yevlaxda keçirilən görüşünün videokasetini əldə etmişik və futbolçularla söhbətdə rəqibin oyununu təhlil edirik. Hazırda “Karvan” güclüdür, səviyyəli legionerləri var. Hər halda, “Qaraba𔝠da ötən mövsümlə müqayisədə güclənib. Ötən mövsüm “Karvan”la səfər matçında hakim xətaları ucbatından uduzduq. Bu dəfə öz meydanımızda görüşəcəyik. Belə olan halda, qələbə qazanmaq şanslarımız artır. Ancaq əsas problem Suraxanıdakı stadionumuzdakı meydançanın ot örtüyünün pis vəziyyətdə olmasıdır. Oradakı otun yanması nəticəsində qazonun bərbad hala düşməsi, hər iki komandanın oyununa öz mənfi təsirini göstərəcək”.
Qeyd edək ki, R.Kara “Qarabağ”ın baş məşqçi postunda debütü “Karvan”la oyuna təsadüf edib. Fevralda Yevlaxda keçirilən matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR