Bank Of Baku

Azərbaycan yığması Gürcüstanı məğlub edib

Azərbaycan yığması Gürcüstanı məğlub edib
# 17 avqust 2007 12:46 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Gürcüstanı məğlub edib. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu milli komandamız Tiflisdə keçirilən yoldaşlıq görüşündə 1:0 hesabı ilə qələbə qazanıb. Bununla da, yığmamız ilk oyunda məğlubiyyətin əvəzini çıxıb. A.Əsədovun komandası ilk matçda 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu axşam qatarla geri qayıdan yığmamız sabah Bakıda olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR